AZ

ŞƏT in baş katibi: Azərbaycanı yaxın gələcəkdə təşkilatımızın üzvü kimi görmək istəyirik

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) aktiv fəaliyyət nümayiş etdirir.

Bunu "Report"un ABŞ bürosuna açıqlamasında ŞƏT-in baş katibi Nurlan Yermekbayev deyib.

O bildirib ki, təşkilat Azərbaycanı tamhüquqlu üzv kimi görmək istəyir: "ŞƏT bütün ölkələrə açıq təşkilatdır. Biz fəaliyyətlərimizdə istənilən formada iştirak etmək istəyən bütün ölkələri üzv qəbul edirik. Hər hansı ölkənin üzvlüyə qəbul olunması barədə qərar isə konsensusla verilir. Bütün üzv dövlətlər razılıq verməlidir və bundan sonra prosedur başlayır.

Hazırda bütün bu müraciətlər üzv ölkələr tərəfindən nəzərdən keçirilir. Mən təşkilatın icraedici orqanının rəhbəriyəm, əlbəttə, ölkələrin qərarını təsdiqləmək vəzifəmdir. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan təşkilata üzv ölkə statusu əldə edəcək, ŞƏT və Azərbaycan arasında əməkdaşlıq daha da genişlənəcək", - baş katib vurğulayıb.

Xatırladaq ki, Hindistan avqustun 31-də Çinin Tiencin şəhərində keçirilən sammitdə Azərbaycanın bu quruma üzvlük müraciətinə veto qoyub. Pakistan isə buna cavab olaraq Ermənistan üçün eyni addımı atıb.

Məlumat üçün bildirək ki, həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda təşkilatın 10 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran, Belarus), bir neçə müşahidəçi (Əfqanıstan, Monqolustan, Belarus) və dialoq tərəfdaşları (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
3
icma.az

4Mənbələr