AZ

Emin Əmrullayev: 2030 cu ilədək ətraf mühit savadlılığına dair məlumat və təcrübə bazası yaradılacaq

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 29 sentyabr, AZƏRTAC

2030-cu ilədək ətraf mühit savadlılığına dair məlumat və təcrübə bazası yaradılacaq. Bu, Azərbaycanın təşəbbüslərindən və ən vacib nailiyyətlərindən biri sayılır.

Bu barədə AZƏRTAC-a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir Azərbaycanın COP29 çərçivəsində ətraf mühit savadlılığı sahəsində təşəbbüslərini vurğulayıb: “COP29 çərçivəsində “Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzusunda paneldə Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (PISA) vasitəsilə məktəblilərin iqlim savadlılığının ölçülməsinə dair Elm və Təhsil Nazirliyinin irəli sürdüyü təşəbbüs təsdiqlənib. Bu məsələ gündəliyə salınıb. Bununla bağlı biz hazırda İqtisadi Əməkdaşlıq Təşkilatı ilə işləyirik ki, 2029-cu ilə qədər PISA-da dünyada ilk dəfə olaraq burada iştirak edən ölkələr arasında ətraf mühit savadlılığını ölçək. Bu sahədə çox işlər görülüb, lakin hələ ki heç bir məlumat yoxdur ki, bu savadlılıq nə dərəcədədir”, - deyə nazir vurğulayıb.

Həmçinin Emin Əmrullayev məktəblərdə dərsliklərin mövzularına dair suala cavab olaraq bildirib:

“Hər mövzuya uyğun yeni dərslik yazmaq düzgün deyil. Biz bu yolla getmişik, bizim 17 fənnimiz var, məncə, bu yol düz yol deyil. İqlim məsələləri, mədəniyyətlərarası dialoq, süni intellekt və sahibkarlıq mövzularında ayrı dərslik mexanizmləri yaradılması düzgün deyil. Bu istiqamətdə artıq təhsil proqramları var. Lakin hər mövzunu tədris proqramına daxil etmək də düzgün deyil, çünki fənnlər hazırda da çoxdur. Biz bunu mövzu kimi qoymalıyıq. İstər kimya, biologiya və ya digər fənlərdə bu, bir mövzu kimi keçirilir. Bizim dərsliklərdə bu mövzular artıq var”, - deyə Emin Əmrullayev əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr