AZ

III MDB Oyunlarında Azərbaycan ilk qızıllarını qazandı

Azərbaycan milli komandası III MDB Oyunlarında ilk qızıl medalını qazanıb. Bu medal taekvondo yarışı üzrə ölkəmizin adına yazılıb.

Tribunainfo.az  xəbər verir ki, Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan taekvondo yarışının finallnda Azərbaycan idmançısı Ziya Həsənli (63 kq) ölkəmizi ilk qızıl medalı ilə təmin edib.

Ondan 6 dəqiqə sonra isə sambo yarışının finalında Azərbaycan idmançısı Abdullətif Musayev (53 kq) Özbəkistandan olan Qamzat Maksetbayevi məğlub edərək aktivimizə 2-ci qızıl medalı yazdırıb.

Bu gün Azərbaycanı daha dörd samboçu finalda çıxış edəcək.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi Azərbaycanda təşkil olunan III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Seçilən
45
tribunainfo.az

1Mənbələr