AZ

"Lufthansa" 2030-cu ilə qədər 4 000 işçini ixtisar edəcək

Almaniyanın “Lufthansa Group” şirkəti 2030-cu ilə qədər inzibati sahədə 4 000 nəfəri ixtisar etməyi planlaşdırır.

Missiya.Az xəbər verir ki, bu barədə şirkət Münhendə keçirilən Kapital Bazarları Günündə açıqlama verib.

İxtisarlar rəqəmsallaşma, avtomatlaşdırma və proseslərin sadələşdirilməsi hesabına həyata keçiriləcək. Hazırda Lufthansa Qrupunda 103 min işçi çalışır, ixtisarlar əsasən inzibati heyətə şamil olunacaq.

Şirkət 2028-ci ildən etibarən mənfəət marjasını 8 %-dən 10 %-ə qaldırmağı hədəfləyir. Hər il 2,5 milyard avrodan çox sərbəst pul axını planlaşdırılır. Minimum likvidlik səviyyəsi 8-10 milyard avro olacaq.

2030-cu ilə qədər Lufthansa 230-dan çox yeni təyyarə alacaq, onların 100-ü uzaq məsafəli uçuşlara xidmət edəcək. Yeni təyyarələr daha az yanacaq sərf edəcək.

Sərnişin tələbatının yüksək qalması fonunda şirkət gəlirlərin artacağını gözləyir. Miles&More proqramı üzrə aktiv istifadəçilərin sayının 50 % artırılması nəzərdə tutulur.

Bundan başqa, Lufthansa, Swiss, Austrian Airlines, Brussels Airlines və ITA Airways şəbəkələri arasında idarəetmə mərkəzləşdiriləcək.

Eyni zamanda, şirkətin əməkdaşlıq etdiyi həmkarlar ittifaqları ilə kollektiv müqavilələr üzrə danışıqlar nəticəsiz qalıb. Tərəflər tətil qərarını səsverməyə çıxarmağı planlaşdırır.

Seyranə Quliyeva Missiya.Az

Seçilən
4
missiya.az

1Mənbələr