AZ

Bakıda leysan yağacaq, şimşək çaxacaq


Bakıda və Abşeron yarımadasında sentyabrın 30-u axşamdan oktyabrın 1-i gündüzədək arabir yağış yağacağı gözlənilir. 
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
Azərbaycanın rayonlarında sentyabrın 30-u axşamdan başlayaraq oktyabrın 2-si axşamadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Seçilən
156
33
yeniavaz.com

10Mənbələr