AZ

Tarif dəyişikliyi ilkin mərhələdə bu marşrutlarda tətbiq olunacaq (SİYAHI)

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Yerüstü Nəqliyyat  Agentliyi (AYNA) ictimai nəqliyyatda 1 oktyabr tarixindən tətbiq olunacaq tarif dəyişiklikləri ilə bağlı açıqlama yayıb. 

Qaynarinfo xəbər verir ki, açıqlamada qeyd olunur ki, dəyişiklik ilkin mərhələdə ölkə üzrə marşrut şəbəkəsinin 9%-ni, paytaxtın isə marşrut şəbəkəsinin təxminən 30%-ni (180 marşrutdan 60-nı) əhatə edəcək. 

Digər marşrutlar yeniləndikcə yeni tarifə keçid edə biləcək və bu haqda ictimaiyyətə əlavə məlumat təqdim ediləcək. Tarif dəyişikliyindən sonra 2025-ci ilin sonunadək, həmçinin növbəti illər ərzində paytaxtda hər il təxminən 400, Sumqayıt və Abşeronda 100 yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir. 

Qeyd edək ki, yenilənmə prosesi paytaxtla yanaşı Sumqayıt şəhəri ilə Abşeron rayonu ərzisini də əhatə edib və bu il 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib. Gəncə şəhərində isə bütövlükdə avtobus parkının yenilənməsi həyata keçirilib, 280 yeni avtobus alınıb və nağdsız ödəniş sisteminin tətbiqinə başlanılıb. Naxçıvan şəhərinə 60 elektrik mühərrikli avtobus gətiriləcək. Həmçinin Laçın, Xankəndi, Cəbrayıl və Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilə təmin olunması nəzərdə tutulub. 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
9
qaynarinfo.az

10Mənbələr