AZ

Kamçatkada güclü zəlzələ baş verib

Ajans.az xəbər verir ki,bu barədə məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsi özünün Telegram kanalında yayıb. Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi bildirir ki, yeraltı təkanlar sentyabrın 29-da, yerli vaxtla saat 20:46-da (Moskva vaxtı ilə 11:46) qeydə alınıb. Zəlzələnin maqnitudası 5,3 bal təşkil edib ki, bu da güclü zəlzələ kimi qiymətləndirilir. Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 86 kilometr şimal-şərqdə, Avaça körfəzində, ocağı isə 31 kilometr dərinlikdə yerləşib. Qeyd olunur ki, bu təkanlar iyul ayında bölgədə baş vermiş güclü zəlzələdən sonra qeydə alınan növbəti aktivlik dalğasının bir hissəsidir. Son 24 saat ərzində Kamçatkada maqnitudası 3,5 ilə 5,2 arasında dəyişən 13 analoji seysmik hadisə baş verib. Hazırda zəlzələ nəticəsində təhlükə, dağıntı və ya xəsarət barədə məlumat yoxdur.

 

Seçilən
62
Ajans.az

1Mənbələr