AZ

Zərdabda “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir (FOTO)

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən Zərdabrayonunda “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyiaylığı keçirilir.

Trendxəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol PolisiBölməsinin təşkilatçılığı ilə 3 saylı tam orta məktəbdə “Yolhərəkəti qaydalarına riayət etmək təhlükəsizliyin qarantıdır”mövzusunda maarifləndirici görüş keçirilib.

Tədbirdə çıxış edən polis əməkdaşları keçirilən tədbirin əsasmahiyyətinin azyaşlıları yol hərəkəti təhlükəsizliyi qaydaları ilətanış etmək və onların iştirakı ilə baş verə biləcək yolqəzalarının qarşısını almaq olduğunu bildiriblər.

Tədbir zamanı yollarda quraşdırılan yol nişanları, işıqforlar vəpiyada keçidlərinin əhəmiyyətindən danışılıb, nişanlardan düzgünistifadə qaydaları haqqında geniş məlumatlar verilib.

Tədbirin sonunda polis əməkdaşları tərəfindən şagirdlərətəhlükəsizlik qaydaları əyani şəkildə izah olunub, hərəkətin sıx vəintensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlıolmalarının zəruriliyi çatdırılıb.

Zərdabda
Zərdabda
Zərdabda
Zərdabda
Zərdabda
Məqalədə:
Seçilən
97
3
az.trend.az

4Mənbələr