AZ

MEDİA Agentliyində Özbəkistanın dövlət qurumlarının kommunikasiya nümayəndələri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

29 sentyabr tarixində Medianın İnkişafı Agentliyində “AzərbaycanRespublikası ilə Özbəkistan Respublikası arasında media sahəsindəəməkdaşlığın inkişafı üzrə “Yol Xəritəsi”nin icrası çərçivəsindəÖzbəkistanın bir sıra dövlət orqan və qurumlarının kommunikasiyayaməsul nümayəndələri ilə görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə Medianınİnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçıdirektorunun müavini Natiq Məmmədli Azərbaycan və Özbəkistanarasında media və kommunikasiya sahəsində münasibətlərin yüksələnxətt üzrə inkişaf etdiyini qeyd edərək, bu əməkdaşlığın hər ikiölkənin informasiya siyasətinin təkmilləşdirilməsinə, peşəkartəcrübə mübadiləsinə və kommunikasiya institutlarının qarşılıqlıfəaliyyət imkanlarının genişlənməsinə mühüm töhfə verdiyinivurğulayıb.

Özbəkistan tərəfi Azərbaycanla media və kommunikasiya sahəsindəəməkdaşlığın gücləndirilməsinin strateji əhəmiyyət daşıdığınıvurğulayıb. Qeyd olunub ki, “Azərbaycan Respublikası ilə ÖzbəkistanRespublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə“Yol Xəritəsi” çərçivəsində həyata keçirilən layihələr dövlətqurumlarının mətbuat xidmətləri arasında təcrübə mübadiləsinigenişləndirməklə yanaşı, onlar üçün yeni peşəkar inkişaf imkanlarıda yaradır.

MEDİA
MEDİA
MEDİA
Seçilən
8
10
az.trend.az

10Mənbələr