AZ

Elza Seyidcahan məhkəmədə ifadə verib

Bakı. Trend:

Vətəndaşların etibarından sui-istifadə edərək onlarınqızıllarını mənimsəməkdə təqsirləndirilən Xəyal Abdullayev vəköməkçisi Fərid Abuzərlinin cinayət işi üzrə məhkəməsi davamedib.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdəittiham aktı elan edilib.

İttihama görə, təqsirləndirilən şəxslər öncə tanışlarının adınasaxta sənəd hazırlayaraq pul müqabilində onlardan qızıl alıb.

Onlar cinayət işi üzrətəqsirli bilinərlərsə, 10 ildən 14 ilədəkazaqdlıqdan məhrum ediləcək.

Daha sonra bəstəkar, əməkdar artist Elza Seyidcahan (Qasımova)ifadə verib.

O, bildirib ki, bəzi problemlərinə görə ora müraciət edib:

“Bizim bəzi problemlərimiz yaranmışdı. Ona görə lombardamüraciət etdik. Anamın, özümün, rəfiqəmin qızılları qoyduq. 8500manat götürdük. Sonra pulları ödədik. Mənə dedilər ki, qızıllar 1həftə sonra veriləcək. Beləliklə, 1 həftə aylar oldu. Mən də məcburqaldım polisə müraciət etdim. Mənə ziyan ödənilməyib”.

Proses zərərçəkmişlərin ifadəsi ilə 3 noyabrda davametdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Xəyal Abdullayev CinayətMəcəlləsinin 178.4-cü dələduzluq, xüsusilə külli-miqdardatörədildiksə) 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini,möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama,satma və ya saxta sənədlərdən istifadə etmə), Fərid Abuzərli isə179.3,2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi iləittiham edilib.

Məqalədə:
Seçilən
48
4
az.trend.az

5Mənbələr