Çinin cənub-qərbindəki Huajian dərəsi üzərindən dünyanın ən hündür körpüsü inşa edilib.
“İki sahil” xəbər verir ki, bu körpü Beypan çayından 625 metr hündürlükdə yerləşir və San-Fransiskodakı məşhur “Qızıl qapı” körpüsündən demək olar ki, doqquz dəfə hündürdür. Tikinti üç il davam edib. Körpünün ümumi uzunluğu 2890 metr, əsas arakəsmə hissəsi isə 1420 metrə çatır.
Yerli hakimiyyət orqanları qeyd edir ki, bu, dağlıq ərazidə tikilmiş ən böyük polad troslu asma körpüdür. Ondan təxminən 100 kilometr aralıda - Beypan çayı üzərində başqa bir nəhəng körpü də yerləşir. Onun hündürlüyü 565,4 metrdir.
Yeni körpünün tikintisi dərə ilə gediş-gəliş vaxtını xeyli azaldıb: əvvəllər buradan keçid təxminən iki saat vaxt aparırdısa, indi həmin məsafəni iki dəqiqəyə qət etmək olar.
Çinin Quyçjou əyaləti 30 mindən çox belə tikili ilə öyünən “Körpülər diyarı” kimi tanınır. Əyalətdəki körpülərdən üçü dünyanın ən hündür körpüləri sıralamasında birinci yerdədir. Həmçinin dünyanın 100 ən böyük körpüsünün təxminən yarısı da burada yerləşir.