BAKI, 29 sentyabr. TELEQRAF
Günəş sisteminin cırtdan planetlərindən biri hesab edilən Makemake gözlənilmədən alimləri təəccübləndirib: onun atmosferində metan qazı aşkar edilib.
Teleqraf xəbər verir ki, kəşf NASA-nın (ABŞ) Cənub-Qərb Tədqiqatlar İnstitutunun alimlər qrupunun rəhbərliyi ilə “James Webb” kosmik teleskopu vasitəsilə həyata keçirilib.
Makemake hazırda Plutondan sonra qazın olduğu təsdiqlənən ikinci Trans-Neptun obyektidir.
Makemake diametri təxminən 1430 kilometrdir, Plutonun təxminən üçdə biri qədərdir. Alimlər kəşfi onunla izah ediblər ki, metanın olması planetin həddindən artıq nazik atmosferi ilə bağlı ola bilər.
Qeyd edək ki, Trans-Neptun obyektləri (TNO) - Neptunun orbitindən kənarda, Günəş sisteminin ucqarlarında yerləşən kiçik göy cisimləridir.