AZ

Azərbaycan idmançıları Bakıda keçirilən vertikal qaçış turnirində medal qazandılar FOTO

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

28 sentyabrda müasir Azərbaycanın simvollarından olan Alov Qüllələrində “SKYWind-2025” qülləyə qaçış üzrə yarış təşkil olunub.

İdman.biz xəbər verir ki, iştirakçılar 32 mərtəbəni, yəni 837 pilləni qət ediblər.

Yarış ilk dəfə olaraq Dünya “Tower Running” Assosiasiyasının himayəsi altında Triterra İdman Klubu tərəfindən həyata keçirilib. Qeyd edək ki, “Triterra” İdman Klubu assosiasiyanın Azərbaycandakı rəsmi nümayəndəsi kimi təsdiq olunub.

Yarışda həm yerli, həm də beynəlxalq PRO kateqoriyalı peşəkar idmançılar iştirak ediblər. Xarici idmançılar İspaniya, Slovakiya, Rumıniya və Xorvatiya ölkələrini təmsil ediblər.

Qadınlar arasında ilk 3 yer:

1. Chomanicova Kamila (Slovakiya)

2. Garibova Nazrin (Azərbaycan)

3. Natalya Vallek (Azərbaycan)

Kişilər arasında:

1. Vuletic İvan (Xorvatiya)

2. Musa Mikayılzadə (Azərbaycan)

3. Igrisianu Raphael (Rumıniya)

Qeyd edək ki, tədbirdə ümumdünya “Tower Running” Assosiasiyasının prezidenti Daniel Cecetka yarışçı kimi iştirak edib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
icma.az

2Mənbələr