AZ

Nəhəng aviaşirkət kütləvi ixtisarlar edəcək

ain.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, “Lufthansa” şirkətinin rəhbərliyinə istinad edən “Deutsche Welle” nəşri belə məlumat yayıb. “Eyni zamanda, “Lufthansa” əməliyyat mənfəəti hədəflərini 8 faizdən 10 faizə qaldıraraq düzəliş edib. Şirkət rəhbərliyinin fikrincə, bu il əməliyyat mənfəəti keçən ilki 1,6 milyard avro rəqəmini əhəmiyyətli dərəcədə ötməlidir”, - xəbərdə deyilir. Təxminən 103 min işçisi olan “Lufthansa” Avropanın ən böyük hava yolu şirkətidir. Qrupa “Lufthansa” ilə yanaşı “Swiss Airlines”, “Austrian Airlines” və “Brussels Airlines” kimi aviaşirkətlər də daxildir. Qrup həmçinin İtaliyanın “Ita” aviaşirkətində minoritar səhmlərə malikdir.Bu arada, sentyabrın 30-u “Vereinigung Cockpit (VC)” Həmkarlar ittifaqının üzvləri olan “Lufthansa” və “Lufthansa Cargo” şirkətlərinin pilotlarının növbəti tətilə başlamaq barədə qərar vermək niyyətində olduqları son tarixdir.Pilotların əsas tələbi onların peşə pensiyalarının artırılmasıdır. Həmkarlar ittifaqı pilotların işəgötürənindən pensiya fonduna daha böyük məbləğdə pul köçürməsini tələb edir. Şirkət rəhbərliyi bunu “ödənilməsi mümkün olmayan” tələblər adlandırır. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
azvision.az

1Mənbələr