AZ

Keçmiş hərbçi kilsəni atəşə tutdu 4 ölü

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-də keçmiş hərbçi kilsəni atəşə tutub, daha sonra yanğın törədib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Miçiqandakı İsa Peyğəmbər Kilsəsində törədilib.

40 yaşlı keçmiş dəniz piyadası Tomas Ceykob Senford avtomobillə kilsənin həyətinə daxil olaraq avtomat silahdan icəridəkilərə atəş açıb. Bu zaman kilsədə 100-dən çox insan olub. Daha sonra kilsədə yanğın törədən Setford polis tərəfindən məhv edilib. Atəş və yanğın nəticəsində 4 nəfər ölüb, azı 8 nəfər yaralanıb. Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırmaya başlayıblar. Keçmiş hərbçinin hadisənin nədən törətdiyi bəlli deyil.

Qeyd edək ki, Tomas Ceykob Senford 2004-2008-ci illərdə ABŞ ordusunda hərbi xidmət keçib, İraq müharibəsi veteranıdır. Maraqlıdır ki, daha bir İraq müharibəsi veteranı cəmi bir neçə saat əvvəl Şimali Karolinada eyni əməli törədib, 3 nəfərin ölümünə səbəb olub.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
525.az

1Mənbələr