Almaniyanın ən böyük aviaşirkəti minlərlə işçini ixtisar edəcək
Ajans.az xəbər verir ki,şirkət bu addımı rəqəmsal transformasiya və avtomatlaşdırmanın genişləndirilməsi çərçivəsində atır. Məqsəd — xərcləri optimallaşdırmaq, gəlirliliyi artırmaq və şirkətin rəqabət qabiliyyətini gücləndirməkdir. Hazırda Lufthansa-nın tərkibində təxminən 103 min əməkdaş çalışır. Şirkət bu ixtisarlar vasitəsilə illik düzəliş edilmiş sərbəst pul axınını 2,5 milyard avroya çatdırmağı qarşısına məqsəd qoyub. Lufthansa rəhbərliyi, işçi ixtisarlarına baxmayaraq, donanmanın modernləşdirilməsi, həmçinin Eurowings (şirkətin aşağı büdcəli törəmə aviaşirkəti) və yükdaşıma bölmələri ilə əməkdaşlığın gücləndirilməsi planlarını da açıqlayıb. Bütün bu addımlar, şirkətin qlobal hava nəqliyyatı bazarında mövqeyini möhkəmləndirmək və əməliyyat xərclərini azaltmaq strategiyasının tərkib hissəsidir. Lufthansa ilə yanaşı, digər böyük sənaye nəhəngləri də ixtisarlara gedir. Ford, Köln şəhərində yerləşən elektromobil zavodunda təxminən 1000 işçini ixtisar edəcəyini açıqlayıb. Şirkət bu qərarı Avropada elektromobillərə olan zəif tələbatla izah edir. 2026-cı ilin yanvar ayından etibarən, zavod yalnız bir növbəli iş rejiminə keçəcək, çünki istehsal həcmi sənaye üzrə proqnozlara cavab vermir.