Azərbaycanın stolüstü tennisçisi III MDB oyunlarında gümüş medal qazanıb.
Operativ Media xəbər verir ki, Onur Quluzadə fərdi yarışda rəqibi rusiyalı Yevgeni Dosova uduzub.
Bu, stolüstü tennisçilərimizin yarışda sayca 7-ci medalı olub. Daha əvvəl idmançılarımız 6 medal qazanıb.