AZ

Azərbaycanda istehlak kreditləri biznes kreditlərindən 3 dəfə sürətli artıb

ain.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ilin Avqust ayında İyul ayının sonu ilə müqayisədə bankların kredit portfeli 0.7% və ya 206.7 milyon manat artaraq 31 Avqust 2025-ci il tarixində 28 milyard 704.9 milyon manat olmuşdur.

Bu barədə Marja.az Mərkəzi Bankın "Statistik bülleten"inin Avqust sayına istinadən xəbər verir.

31 Avqust 2025-ci il tarixinə bankların kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 52.6% (15 milyard 91.8 milyon manat);

ıı) istehlak kreditləri – 31.7% (9 milyard 114.5 milyon manat) 

ııı) ipoteka kreditləri – 15.7% (4 milyard 498.6 milyon manat). 

2025-ci ilin iyul ayında iyun ayı ilə müqyisədə Azərbaycan bankların kredit portfeli 0.1% və ya 26 milyon manat artaraq 31 İyul 2025-ci il tarixində 28 milyard 498.2 milyon manat olmuşdu.

31 İyul 2025-ci il tarixinə bankların kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 52.8% (15 milyard 55.8 milyon manat);

ıı) istehlak kreditləri – 31.6% (9 milyard 2.2 milyon manat)

ııı) ipoteka kreditləri – 15.6% (4 milyard 440.2 milyon manat).

Beləliklə, avqust ayında bankların biznes kreditləri portfeli 36 milyon manat, istehlak kreditləri portfeli 112,3 milyon manat, ipoteka kreditləri portfeli 58,4 milyon manat artıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
1
marja.az

2Mənbələr