AZ

Sağlam qidalanma ürəyin ən yaxşı dərmanıdır - Səhiyyə Nazirliyi tövsiyə edir (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunundirektoru Gülnaz Dadaşova Nazirliyin rəsmi səhifəsinə müsahibəverib.

Trendhəmin müsahibəni təqdim edir:

- Gülnaz xanım, hipertoniya ürəyə necə təsir edir?

- Ümumiyyətlə, uzun müddət hipertoniyanın davam etməsi hədəforqanlardan ən önəmlisi olan ürəyə mənfi təsirini göstərir vəfəsadlar törətməyə başlayır. Yüksək təzyiqə qarşı ürək əvvəlcəqalınlaşaraq özünü qorumağa çalışır. Amma zamanla bu dəyişikliklərürəyin sərtləşməsinə, qanla dolmasının çətinləşməsinə və nəticədəoksigen çatışmazlığına səbəb olur. Daha ağır mərhələdə isə ürəkzəifləyir və ürək çatışmazlığı inkişaf edir. Bundan əlavə,hipertoniya damarların daxili təbəqəsini zədələyərək, aterosklerozusürətləndirir, bu da infarkt riskini artırır. Bu baxımdan bizimüçün hipertoniyanın profilaktikasını diqqət mərkəzində saxlamaqfəsadların qarşısının alınması üçün çox önəmlidir. Çünkipasiyentlərin doğru şəkildə maarifləndirilməsi, həyat tərzinin vəlazım olduğu təqdirdə, dərman müalicəsinin aparılmasınəzərəçarpacaq dərəcədə bu məqsədə nail olmağa imkan verir.

Maarifləndirmə tədbirlərinin rolu da mühümdür, çünki insanlarfəsadlardan xəbərdar olduqca, öz səhhətlərinə daha çox diqqətetməyə başlayırlar.

- Ürəyin işemik xəstəliyi barədə məlumat verərdiniz…

- Ürəyin işemik xəstəliyi ürəyi qidalandıran damarlarındaralması nəticəsində ürəyin kifayət qədər oksigen almamasıdır.Əsas səbəb ateroskleroz, yəni damarların içində yağlı yığıntıların(plakların) əmələ gəlməsidir.
Xəstəlik özünü müxtəlif formalarda göstərə bilər. Məsələn, stabilstenokardiya fiziki və ya emosional yüklənmə zamanı sinə ağrısı iləözünü göstərir. Xəstəliyin daha bir forması qeyri-stabilstenokardiyadır. Bu zaman istirahət edərkən də ağrılar müşahidəolunur.
Bu xəstəliklər arasında ən çox fəsadlara səbəb olanı miokardinfarktıdır. O, damarın qəfil tutulması nəticəsində ürək əzələsininbir hissəsinin nekrozu, yəni toxumanın ölümü və daha sonra çapıqtoxumasının yaranması ilə özünü göstərir.
Eyni zamanda, bəzi pasiyentlərdə damarlar tam tutulmasa da, işemiyavə ya infarkt ola bilər.

- Hamiləlik zamanı ürəyə əlavə yük düşürmü?

- Bəli, çünki qadının bədənində bir sıra dəyişikliklər baş verirvə ürək daha çox işləməli olur. Məsələn, hamiləlik zamanı bədəninqan həcmi təxminən yarıya qədər artır. Bu, həm dölün, həm də ananınorqanizminin ehtiyaclarını qarşılamaq üçündür. Qan artdıqca ürək dədaha çox qan pompalamalı olur. Ürəyin döyüntü sayı da artır –normaldan təxminən 10–20 dəfə daha sürətli döyünə bilər. Hərdöyüntüdə ürək daha çox qan ötürür. Buna görə də xüsusilə ikinci vəüçüncü trimestrlərdə onun yükü daha çox olur.
Həmçinin, hormonal dəyişikliklər baş verir. Məsələn, progesterondamarları genişləndirir, təzyiq bir az enə bilir. Bu da ürəyinişini dəyişdirir. Uşaqlıq böyüdükcə diafraqmı sıxır, ürəyin mövqeyibir az dəyişir, bu da əlavə təsir göstərir.
Sağlam qadınlarda bu dəyişikliklər normal sayılır və doğuşdan sonraürək öz əvvəlki vəziyyətinə qayıdır. Lakin ürək xəstəliyi, məsələnürək çatışmazlığı, qapaq problemi və ya ritm pozğunluğu olanxanımlara hamiləlik ürəyə ciddi yük salır və ağırlaşmalar müşhidəoluna bilər. Ona görə də, ürək problemi olan qadınlarınhamiləlikdən əvvəl və hamiləlik boyu həm ginekoloq, həm dəkardioloq nəzarətində olması olduqca vacibdir.

- Ürək qapaq xəstəlikləri hansılardır?

- Ürək qapaq xəstəlikləri dedikdə, ürəyin içindəki qapaqlarınnormal işləməməsi nəzərdə tutulur. Bildiyimiz kimi, ürəyin dördqapağı var – mitral, aortal, triküspid və pulmonar. Onların əsasvəzifəsi odur ki, qan bir istiqamətdə hərəkət etsin və geriqayıtmasın. Bu qapaqlardan biri ya tam açılmır, ya da tambağlanmır. Elə bu zaman problem yaranır.
Qapaq problemləri iki halda təzahür edir. Birinci vəziyyət, darlıqvə stenoz. Bu zaman qapaq kifayət qədər açıla bilmir, qan ürəkdənkeçməkdə çətinlik çəkir. Məsələn, aortal stenozda ürək qanınbədəndə dövr etməsi üçün daha çox güc sərf etməli olur. İkincivəziyyət, requrqitasiya, yəni qapaq çatışmazlığı. Bu zaman qapaqtam bağlanmır və geriyə doğru axır. Bu da ürəyin daha çoxişləməsinə səbəb olur, çünki eyni qanı dəfələrlə pompalamalıolur.
Nəticədə ürək getdikcə böyüyə, divarları qalınlaşa və zəifləyəbilər. Pasiyentlərdə təngnəfəslik, yorğunluq, ürəkdöyünmə,ayaqlarda şişkinlik, bəzən də sinədə ağrı kimi əlamətləryaranır.
Müalicə üsullarına gəldikcə, yüngül hallarda yalnız dərmanlarlaürəyin yükünü azaltmaq mümkündür. Ağır hallarda isə artıq cərrahimüdaxilə (qapağın təmiri və ya süni qapaqla əvəz edilməsi) lazımolur.

- Damar tıxanıqlığı nə zaman baş verir?

- Ürək damarlarının tıxanmasının əsas səbəbi aterosklerozadlanan vəziyyətdir. Damar divarında yağlar və ya piylər toplanır,“plak” yaranır. Bu, həm damarı daraldır, həm də qopub tromb əmələgətirə bilər. Risk faktorları arasında hipertoniya, yüksəkxolesterin, şəkərli diabet, tütünçəkmə, artıq çəki və stressvəziyyət aiddir.
Bunları aradan qaldırmaq və ya nəzarətdə saxlamaq şərtdir. Zərurişəkildə profilaktik və maarifləndirici tədbirlər aparmaq lazımdırki, insanlar bu risk amillərinin fəsadları haqqında məlumatlıolsunlar.

Bununla bağlı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiyaİnstitutu tərəfindən lipid məktəbinin yaradılması nəzərdə tutulubvə artıq bu istiqamətdə tədbirlərin keçirilməsinə startverilib.

- Genetik amillər ürəyə təsir edirmi?

- Genetik amillər ürəyə ciddi təsir göstərə bilər. Bizim ürəksağlamlığımız təkcə həyat tərzimizdən (qidalanma, fiziki aktivlikvə ya stres) asılı deyil, eyni zamanda valideynlərdən bizə keçəngenlər də burada mühüm rol oynayır. Bəzən insanlar sağlamqidalanır, idmanla məşğul olur, lakin buna baxmayaraq, ürəkproblemləri ilə üzləşirlər. Bunun səbəbi məhz genetik meyillik olabilər.
Məsələn, ailədə erkən yaşda ürək xəstəliyi keçirənlər çoxdursa, buartıq bir siqnaldır ki, insanın özü də risk altında ola bilər.
Genetik təsirlər arasında “Ailəvi hiperxolesterinemiya” deyilən birvəziyyət var. Burada irsi səbəbdən xolesterin həmişə yüksək olur vəbu, erkən yaşdan damarların tutulmasına gətirib çıxarır. Daha birnümunə - ritm pozğunluqlarıdır. Bəzi insanlarda ürəyin elektriksistemi ilə bağlı genetik problemlər olur və bu, qəfil aritmiyalarasəbəb ola bilər. Bundan əlavə, anadangəlmə ürək qüsurları və yaaorta genişlənməsi də çox vaxt genetik səbəblərlə bağlıdır.
Ürək xəstəliklərinin böyük qrupunu təşkil edən kardiomiopatiya ürəkəzələsinin quruluşunda olan genetik dəyişikliklərdən qaynaqlanır.Belə hallarda ürək ya həddindən artıq böyüyür, ya da ürək əzələsisərtləşir.
Genetik faktorlar “qaçılmaz” deyil, lakin riskin yüksək olduğunubilmək insan üçün çox faydalıdır. Çünki belə insanlar tez-tezhəkimə müraciət etməli, müayinələrdən keçməli və profilaktiktədbirlərə diqqət yetirməlidirlər.

- Ürək xəstələri qidalanmada nəyə diqqət etməlidirlər?

- Qeyd etmək istərdim ki, qidalanma ürək-damar xəstəliklərinininkişaf riskinə və ürəyimizin ümumi sağlamlığına əhəmiyyətlidərəcədə təsir edə bilər. Ona görə də, ürək xəstələri üçün düzgünqidalanma olduqca önəmlidir. Düzgün qidalanma ürəyə düşən yüküazaldır, damarların sağlam qalmasına kömək edir və təzyiqi,xolesterini normada saxlamağa yardım edir.
Qeyd etmək istəyirəm ki, həddindən artıq duz istehlakı təzyiqiqaldırır və ürəyə əlavə yük salır. Ona görə də, yeməyi həddindənartıq duzlu etmək tövsiyə olunmur.
Həmçinin, yemək bişirilməsində yağların seçiminə diqqət etməkvacibdir. Heyvani yağlar (quzu, qoyun piyi, kərə yağı) damarlarındaralmasına səbəb ola bilər. Daha çox bitki yağlarına – zeytun,günəbaxan və ya kətan yağına üstünlük verilməlidir. Qızartmadan çoxbişirmə, sobada hazırlama, buğlama daha faydalıdır.
Həmçinin, balıq və dəniz məhsullarının rasiona daxil olmasınınönəmini vurğulamaq istərdim. Belə ki, həftədə ən azı 1–2 dəfə balıqyemək tövsiyə olunur, çünki omeqa-3 yağ turşuları ürəyi qoruyur,damarları elastik saxlayır.
Gündəlik rasionunuz vitamin, lif və minerallarla zəngin tərəvəz vəmeyvələrdən ibarət olmalıdır. Lif xolesterini aşağı salır,bağırsaqları yaxşı işlədərək orqanizmi təmizləyir.
Ağ çörək və şirniyyat yerinə kəpəkli çörək, qarabaşaq, yulaf,qəhvəyi düyü daha faydalıdır. Bunlar həm toxluq verir, həm də ürəyəyük salmır. Qırmızı ətin miqdarına diqqət yetirməkdə fayda var. Ətitam qadağan etmək lazım deyil və daha çox toyuq, hinduşka, balıqseçmək daha düzgündür.
Şəkər və şirniyyat istehlakına diqqət yetirmək lazımdır, çünkiçoxlu şirniyyat və şəkərli qidalar ürək-damar sisteminə mənfi təsiredir və artıq çəki yaradır. Ona görə də. şirniyyatı minimumaendirmək lazımdır.
Həmçinin, maye qəbulunu nəzarət etmək lazımdır. Ürək çatışmazlığıolan xəstələr bol maye qəbul etdiyi zaman ürəyin yükü artır. Beləhallarda həkimlə razılaşdırılmış miqdarda maye içmək vacibdir.Lakin sağlam ürək xəstələri üçün təbii su içmək faydalıdır.
Sonda tövsiyə edərdim ki, daha çox təbii, evdə bişirilmiş,tərəvəzli yeməklər üstünlük verilsin, çünki qidalanma bir növ“ürəyin dərmanı”dır. Sağlam qidalanma vasitəsilə həm təzyiq, həmxolesterin, həm də çəkini nəzarətdə saxlamaq olar.

Sağlam
Sağlam
Məqalədə:
Seçilən
31
6
az.trend.az

7Mənbələr