İtaliyalı məşqçi Luçano Spaletti karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
İdman.biz xəbər verir ki, “Əl-İttihad” rəhbərliyi 66 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirməyi planlaşdırır.
Namizədlər arasında “Barselona”nın sabiq baş məşqçisi Xavi və “Milan”da işləmiş Serjio Konseysau da yer alıb.
Xatırladaq ki, klub “Əl-Nəsr”ə 0:2 hesabı ilə uduzduqdan sonra Loran Blan istefaya göndərilib.