AZ

Penalti qaydaları dəyişəcək? Top qapıçıdan və ya dirəkdən geri qayıtdıqda…

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Beynəlxalq Futbol Federasiyası (FIFA) penalti qaydalarında dəyişiklik edə bilər.Bizim.Media xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.Yeni təklifə əsasən penalti vuran oyunçuya top qapıçıdan və ya dirəkdən geri qayıtdıqda ikinci dəfə zərbə vurmaq icazə verilməyəcək.

 

Bununla belə, qayda dəyişikliklərinin hazırkı layihəsində topun qapı çərçivəsinə dəydikdən sonrakı vəziyyətin necə tənzimlənəcəyi dəqiq göstərilməyib.

Məlumata görə, bu dəyişikliklərin qüvvəyə minməsi üçün əvvəlcə Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən təsdiqlənməsi, daha sonra isə sınaqdan keçirilməsi tələb olunur.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
4
bizim.media

5Mənbələr