AZ

Putin Lukaşenkonu vasitəsilə Slavyan üçlüyü mexanizmindən istifadə etməyə çalışır

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Beş saatdan çox çəkən Rusiya və Belarus liderləri Vladimir Putin və Aleksandr Lukaşenko görüşündən sonra, Lukaşenkonun Ukraynaya qarşı açıq təhdid xarakterli açıqlaması və paralel olaraq Rusiya–Ukrayna müharibəsinin "Slavyan üçlüyü" formatında həlli təklifi təbii ki, Rusiyanın indiki düşdüyü çox çətin vəziyyətdən çıxış cəhdidir.

Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, təbii ki, səslənən "Slavyan üçlüyü"nün əsas məqsədi ABŞ-ı, Qərbi prosesdən kənarlaşdırmaq və nəticə etibarı ilə Ukraynanı istəklərinə tabe etməkdir. O da məlumdur ki, Ukrayna heç bir halda Lukaşenkonun "Slavyan üçlüyü" təklifini qəbul etməyəcək.

Ancaq, bu təklif Putinin Lukaşenko vasitəsilə Ukraynaya, prezident Zelenskiyə bir təzyiq, psixoloji təsir kimi ortaya atılıb. Ümumən isə, Lukaşenkonun açıq təhdidləri, hətta III Dünya müharibəsinə işarəsi, Rusiyanın düşdüyü ağır hərbi və siyasi vəziyyətinin sübutu kimi qiymətləndirilir:

"Sözsüz ki, Putinin Lukaşenko vasitəsilə belə bir təşəbbüslə çıxış etməsinə, Amerika prezidenti Donald Trampın Rusiya münasibətinin dəyişməsi təsirsiz ötüşməyib. Bu kontekstdə, artıq ABŞ-ın və eləcə də Qərb ölkələrinin Ukraynaya uzaq mənzilli raketlərlə Rusiyanın dərinliklərini və hətta Kremlə belə zərbə endirməsinə icazə verməsi və artıq müəyyən hücumların həyata keçirilməsi Putini çox narahat edir. Vəziyyətə Trampın hansı addımlar atacağı – yeni sanksiyalara, yaxud hərbi kontekstdən çıxış edəcəyinə də qeyri-müəyyənlik təsiri hiss olunur. Ona görə də Putin prosesin gedişatını nəzarətə götürmək üçün Lukaşenko vasitəsilə "Slavyan üçlüyü" mexanizmindən istifadə etməyə çalışır".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
icma.az

2Mənbələr