AZ

ABŞ-da kilsədə atışma zamanı ölənlərin sayı artıb YENİLƏNİB

Vaşinqton, 29 sentyabr, AZƏRTAC

Qrand Blank şəhərindəki kilsədə atışma zamanı ölənlərin sayı 2 nəfərdir.

AZƏRTAC xəbər verir ki, bu barədə şəhərin şerifi Uliyam Reyni bildirib.

O, qeyd edib ki, hadisə qurbanlarının biri kilsədə həyatını itirib. Odlu silah yarası alan ikinci şəxs isə xəstəxanada keçinib.

21:46

ABŞ-da Miçiqan ştatının Qrand Blank şəhərində kilsədə atışma baş verib.

AZƏRTAC-ın məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Hadisəni törədən şəxs daha sonra kilsəni yandırıb. Qurbanların sayının artacağı istisna edilmir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polislər tərəfindən zərərsizləşdirilib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
41
3
azertag.az

8Mənbələr