AZ

Azlıqda qalan “Milan” “Napoli”yə qalib gələrək liderliyə yüksəlib

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

“Milan” A Seriyasının V turunda doğma meydanda “Napoli”ni məğlub edib.

İdman.biz xəbər verir ki, matçın 3-cü dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Aleksis Salemakers hesabı açıb.

31-ci dəqiqədə isə Kristian Pulişiç fərqi artıraraq “rossonyeri”nin üstünlüyünü möhkəmləndirib.

57-ci dəqiqədə “Milan” azlıqda qalıb – Pervis Estupinyan qırmızı vərəqə alaraq meydandan qovulub. Cəmi üç dəqiqə sonra Kevin de Breyne penaltidən fərqlənərək hesab arasındakı fərqi minimuma endirib - 2:1.

Qeyd edək ki, dördüncü qələbəsini ardıcıl qazanan “Milan” 12 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib və əlavə göstəricilərə görə “Napoli” və “Roma”nı qabaqlayıb. “Napoli” ikinci pillədə qərarlaşıb, Antonio Kontenin komandası isə 4 oyunluq qələbə seriyasını dayandırıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
icma.az

2Mənbələr