AZ

Azərbaycan icmasının üzvləri "Route du Vin" marafonunda iştirak ediblər

Brüssel, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyinin dəstəyi, LuxAz - Lüksemburq Azərbaycan Dostluq Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan icmasının 6-sı uşaq olmaqla, 27 üzvü 1962-ci ildən bəri hər il ənənəvi olaraq təşkil edilən "Route du Vin" marafonunda iştirak edib.

AZƏRTAC xəbər verir ki, Remix kommunasında keçirilən marafonda Azərbaycan icmasının üzvləri ölkəmizi uğurla təmsil ediblər.

Tədbir idman sahəsində təcrübəsi olan peşəkar idmançılardan tutmuş, yeni başlayan həvəskar iştirakçılara qədər geniş auditoriyanı əhatə edir. Hər il azı 2500 nəfər iştirakçı 21 min 98 kilometrlik məsafəni əhatə edən yarımmarafona qatılır.

Marafon iştirakçılara yalnız fiziki güclərini sınamaq imkanı vermir, həm də dostluq ruhunu, birlik və həmrəylik hissini gücləndirir.

Bu xüsusda Azərbaycan icmasının belə idman tədbirlərində iştirakı həm ölkəmizin təbliği, həm icma üzvləri, eyni zamanda, digər xalqların nümayəndələri ilə əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət daşıyır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Seçilən
19
azertag.az

1Mənbələr