AZ

ABŞ-da bir nəfər kilsəyə gələnlərə atəş açıb, daha sonra kilsəni yandırıb

ABŞ-da

ABŞ-ın Miçiqan ştatının Qrand-Blank şəhərində bir kilsədə atışma olub.

APA xəbər verir ki, “ABC News”un məlumatına görə, hadisə nəticəsində azı altı nəfər yaralanıb və kilsə binası da yandırılıb.

Hüquq-mühafizə orqanları bildiriblər ki, atəş açan şəxs zərərsizləşdirilib və artıq təhlükə yoxdur.

Hadisə yerinə Federal Təhqiqat Bürosunun (FBI) və Alkoqol, Tütün, Atıcı Silahlar və Partlayıcı Maddələr Bürosunun (ATF) əməkdaşları cəlb olunub.

Hadisə yerində araşdırma aparılır.

Seçilən
12
4
xalqcebhesi.az

6Mənbələr