AZ

“Barselona” “Real Sosyedad”ə qalib gələrək liderliyə yüksəldi - VİDEO

İspaniya La Liqasının VII turunda “Barselona” doğma meydanda “Real Sosyedad”ı 2:1 hesabı ilə məğlub edib.

İdman.biz xəbər verir ki, Barselonanın “Olimpik Lyuis Kompanis” stadionunda keçirilən oyunu baş hakim Alejandro Ernandes idarə edib.

Matçın 31-ci dəqiqəsində Alvaro Odriosola Bask komandasını önə çıxarıb – 0:1. 43-cü dəqiqədə Jules Kounde hesabı bərabərləşdirib – 1:1. Robert Levandovski 59-cu dəqiqədə katalonlara qələbə qolunu qazandırıb – 2:1.

Qeyd edək ki, bu qələbədən sonra “Barselona” 19 xalla La Liqanın turnir cədvəlində birinci pilləyə yüksəlib. “Real Sosyedad” isə 5 xalla 17-ci yerdədir.

Oktyabrın 5-də “Barselona” səfərdə “Sevilya” ilə qarşılaşacaq, “Real Sosyedad” isə evdə “Rayo Valyekano”nu qəbul edəcək.

İdman.biz

Seçilən
21
1
idman.biz

2Mənbələr