Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Kəpəz”i üç cavabsız qolla üstələyib.
Ajans.az xəbər verir ki, sonuncu matçda “Sabah” "Sumqayıt“ı qəbul edib. “Bank Respublika Arena”dakı qarşılaşma heç-heçə yekunlaşıb – 1:1. “Bayquşlar”ın heyətində Coy Lens Mikels 26-cı dəqiqədə fərqlənib. 35-ci dəqiqədə Rüstəm Əhmədzadə tarazlığı bərpa edib. Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran “gənclik şəhəri” təmsilçisi üçüncü pillədə qərarlaşıb. “Sabah” 8 xalla yeddincidir.