AZ

“Barselona”da növbəti itkilər

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Barselona” növbəti itkilərlə üzləşib. İspaniya klubunun daha iki oyunçusu sıradan çıxıb.İspaniya çempionatının “Ovyedo” ilə oyununda (3:1) Rafinya zədələnib. Cinah hücumçusunun əzələ zədəsinə görə oktyabrın ortalarına qədər oynamayacağı açıqlanıb. Cümə günü səhər saatlarında keçirilən məşqdə isə əsas qapıçı Xoan Qarsiya sıradan çıxıb. Onun da əzələsində problem aşkarlanıb. Qapıçı da təxminən üç həftə komandaya kömək edə bilməyəcək.Bu o deməkdi ki, Rafinya ilə Qarsiya La Liqada “Real Sosyedad” və “Sevilya”, Çempionlar Liqasında isə PSJ-yə qarşı oyunları buraxacaqlar. Yeri gəlmişkən, “Barselona”nın digər oyunçularından Lamin Yamal, Qavi və Fermin Lopes də zədəlidi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
icma.az

2Mənbələr