AZ

Qadınlarla bağlı vəziyyəti görmək üçün aparıcını İrana dəvət etdi

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran prezidenti Məsud Pezeşkian müsahibəsi zamanı Amerikanın "Fox News" telekanalının aparıcısı Marta Makkallumu İslam Respublikasına səfərə dəvət edib ki, bu ölkədə qadınların hüquqlarına necə riayət edildiyini öz gözləri ilə görsün.

"Unikal" xəbər verir ki, Pezeşkian aparıcının İranda qadın hüquqları ilə bağlı sualını cavablandırarkən deyib:

"Məncə, İrana səfər etmək sizin üçün əla olardı, çünki İran haqqında sizə göstərilənlər, Qərb kəşfiyyat agentliklərinin və başqalarının dedikləri İrandakı gündəlik həyat reallığından tamamilə uzaqdır".

O qeyd edib ki, İslam Respublikasında qadınlar bir çox azadlıqlardan istifadə edirlər.

"Hazırda İran hökumətində və administrasiyasında beş qadın çalışır və hazırkı hökumət onların hüquqlarını qorumağa və bərabərlik uğrunda mübarizəyə davam edəcək", - prezident əlavə edib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
2
unikal.az

3Mənbələr