Gəncə şəhər stadionunda III MDB Oyunlarının açılış mərasimi keçirilir.
Apasport.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və rəsmi qonaqlar iştirak edirlər.
Ölkələrin rəsmi paradı keçirilib.
Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyıblar.
Qeyd edək ki, iki gün əvvəl start götürən yarışa 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340 idmançı təmsil edir.
Yarışın bağlanış mərasimi oktyabrın 8-də, Gəncə şəhər stadionunda baş tutacaq.
III MDB Oyunlarının biletləri satışda
Roman Salei yenə medal qazandı
Azərbaycan Qran-prisi ABŞ-da rekord tamaşaçı auditoriyası qazanıb
III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin idmançıları Bakıya gəlib
Yeniyetmələr arasında Qran-Pri: Təmsilçimiz 6-cı oldu - FOTO