AZ

“Mənə ən çox Messinin təbriki təsir etdi”

Fransa milli komandasının və PSJ-nin hücumçusu Usman Dembele “Qızıl Top” mükafatını qazandıqdan sonra ona göndərilən təbriklər barədə danışıb və ən çox Lionel Messinin mesajından təsirləndiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, "France Football" təcrübəli futbolçunun dediklərini belə çatdırıb.

“Xüsusilə məni təsirləndirən mesaj? Bu, Lionel Messidən gəldi. O, birbaşa mənə yazdı. Həmçinin keçmiş baş məşçim Xavi, “Barselona”dakı sabiq həmkarlarım Luis Suares və digər oyunçular da sevinclərini bildirdilər. PSJ-dəki oyunçular, Əşrəf Hakimi, məşqçi Luis Kampuş və digərləri də mənə yazdı”.

Ötən mövsümdə Dembele bütün turnirlər daxil olmaqla 53 oyunda iştirak edərək 35 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. PSJ ilə o, Fransa çempionu, milli Kubok və Superkubok sahibi olmaqla yanaşı, Çempionlar Liqası və UEFA Superkubokunu da qazanıb.

Seçilən
65
90deqiqe.az

1Mənbələr