AZ

Ukrayna millisi Azərbaycanla oyundan sonra baş məşqçi ilə vidalaşa bilər

BAKI, 28 sentyabr. TELEQRAF

BAKI, 28 sentyabr. TELEQRAF
Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov karyerasını Yunanıstanda davam etdirə bilər.

Teleqraf “Outsiders” nəşrinə istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis “Panatinaikos” klubunun əsas namizədlər siyahısında birinci yerdədir.

Afinalılar Rebrovla artıq üç dəfə əlaqə saxlayıb və tərəflər maliyyə məsələsində razılığa gəliblər. Rebrovun Ukrayna millisindən ayrılması həllini tapsa, böyük ehtimalla o, növbəti beynəlxalq fasilədən sonra “Panatinaikos”un baş məşqçisi olacaq.

Qeyd edək ki, Rebrov 2023-cü ildən Ukrayna yığmasına rəhbərlik edir. Ukrayna millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində oktyabrın 13-də Azərbaycanı qəbul edəcək. Komandalar arasında sentyabrın 9-da Bakıda keçirilən ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.

Seçilən
93
2
teleqraf.com

3Mənbələr