AZ

“Aldım bir dənə, açdım min dənə” – Narın saysız faydaları

Nar, tərkibindəki zəngin vitaminlər və minerallarla immuniteti gücləndirir, ürək və damar sağlamlığını dəstəkləyir, qan təzyiqini tənzimləyir və xərçəngə qarşı mübarizədə kömək edir. Eyni zamanda, mədə və bağırsaq sağlamlığını yaxşılaşdırır və ümumi sağlamlığı möhkəmləndirir.

Bakuinfo xəbər verir ki, C vitamini ilə zəngin olan nar bədənin müdafiə mexanizmini gücləndirərək xəstəliklərə qarşı müqaviməti artırır. Tərkibindəki flavonoidlər və polifenollar qan damarlarını möhkəmləndirir, qan dövranını yaxşılaşdırır və ürək xəstəlikləri riskini azaldır. Narın müntəzəm istifadəsi arterial təzyiqin aşağı salınmasına kömək edir.

Mütəxəssislər bildirirlər ki, narın tərkibindəki amin turşuları və antioksidantlar xərçəng hüceyrələrinin inkişafının qarşısını almağa kömək edir. Nar şirəsi və qabığı isə mədə və bağırsaq problemlərinin müalicəsində faydalı təsir göstərir.

Uzmanlar narın faydalarından maksimum yararlanmaq üçün onun təbii şəkildə, gündəlik pəhrizdə istifadəsini tövsiyə edirlər.

Seçilən
33
bakuinfo.net

1Mənbələr