İstanbul, 28 sentyabr, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 5,4 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsindən (AFAD) verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 12:59-da qeydə alınıb.
Zəlzələ İstanbul və İzmirdə hiss edilib.