AZ

NATO Baltikyanı regionda varlığını gücləndirmək qərarına gəlib

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bura ən azı bir freqatdan, həmçinin yeni kəşfiyyat, müşahidə və zondlama platformalarından istifadə daxildir

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Danimarkada aşkarlanan dronlara görə Baltikyanı regionda mövcudluğunu gücləndirmək qərarına gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“NATO yeni çoxməqsədli imkanlardan istifadə etməklə Baltik dənizi regionunda daha da gücləndirilmiş müşahidə aparacaq”, - Alyansın məlumatında qeyd olunub.

Bura ən azı bir freqatdan, həmçinin yeni kəşfiyyat, müşahidə və zondlama platformalarından istifadə daxildir. Bu imkanları təmin edən NATO qüvvələri açıqlanmır.

Bundan əvvəl politoloq İqor Jukovski Baltikdə Rusiya ilə NATO arasında münaqişə ehtimalını dəyərləndirib. Onun fikrincə, Rusiya hakimiyyəti regiondakı təhlükələri aradan qaldırmaq üçün nüvə qarşısının alınmasından istifadə edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
ayna.az

1Mənbələr