AZ

Premyer Liqa: “Kəpəz” və “Sumqayıt”ın səfər sınağı

Azərbaycan Premyer Liqasında VI tura bu gün iki oyunla yekun vurulacaq.

Msport.az xəbər verir ki, əvvəlcə “Turan Tovuz” Bakıda “Kəpəz”lə üz-üzə gələcək.

“Azərsun Arena”da baş tutacaq qərb derbisi saat 16:30-da başlayacaq. “Turan Tovuz” hazırda 9 xalla 5-ci pillədə qərarlaşıb. Xal üzünə həsrət Gəncə klubu isə sonuncu – 12-ci yerdədir.

Turun bağlanış görüşündə “Sumqayıt” “Sabah”la münasibətlərinə aydınlıq gətirəcək. “Bank Respublika Arena”dakı qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək. “Sumqayıt” 10 xalla turnir cədvəlinin 4-cü pilləsindədir. 7 xala malik və rəqiblərindən bir oyun az keçirən “Sabah” isə 7-cidir.

 

Premyer Liqa

VI tur

28 sentyabr

 

16:30. “Turan Tovuz” – “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli

VAR: Kamal Umudlu

AVAR: Kamran Əliyev

Hakim-inspektor: İmanxan Sultani

“Azersun Arena”

 

19:00. “Sabah” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Ramil Diniyev

“Bank Respublika Arena”

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında “İmişli” “Zirə” ilə (1:1), “Şamaxı” “Araz-Naxçıvan”la (1:1), “Neftçi” isə “Karvan-Yevlax”la (0:0) heç-heçə edib. “Qarabağ” isə “Qəbələ”ni 2:0 hesabı ilə üstələyib.

Seçilən
7
2
msport.az

3Mənbələr