AZ

“Anşeron Lions” “Şəki”yə QALİB GƏLDİ

Azərbaycan Basketbol Liqasında 2025/2026 mövsümünün ilk turu davam edir.

Bizim.Media xəbər verir ki, bu gün turun ikinci oyunu keçirilib. “Abşeron Lions” “Şəki” ilə qarşılaşıb.

Oyunun ilk hissəsində “Abşeron Lions” 26:19 hesabı ilə qalib gəlib.
 

İkinci hissədə bölgə təmsilçisi üstün olub - 21:17. Üçüncü dördlükdə “Şəki” yenə üstünlük əldə edib – 29:27.


Lakin son hissədə “Abşeron Lions” 21:11 üstün olaraq, matçda qalib gəlib – 91:80.

Turun dünən keçirilən ilk oyununda “Sabah” “Neftçi”dən üstün olmuşdu – 86:75.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
1
2
bizim.media

3Mənbələr