"Aclıq oyunları"nın ulduzu, amerikalı aktrisa Cennifer Lourens Fələstini dəstəklədiyi üçün ikiüzlülükdə ittiham edilib.
"Ölkə.az" xəbər verir ki, San Sebastian Film Festivalında mətbuat konfransında çıxış edən Lourens İsrailin Fələstinlə münaqişədə hərəkətlərini "soyqırım" və "utanc verici vəziyyət" adlandırıb.
Lourens seçkilərdə fəal iştirak etməyə, aktyorları və sənətçiləri siyasi mövqelərinə görə təqib etməməyə çağırıb.
Bu çıxışdan sonra sosial media istifadəçiləri Lourensə xatırladıblar ki, o, 2023-cü ildə dostu, aktrisa və komediya aktyoru Amy Şumeri İsrailə dəstək verdiyi üçün tərifləyib.(axşam.az)