“İsrailin Qəzza zolağındakı hərəkətlərinə görə Baş nazir Benyamin Netanyahu BMT-də boş oturacaqlara müraciət edib”.
Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Netanyahu cümə günü Baş Assambleyada çıxış edib, lakin bir çox nümayəndə heyətinin üzvləri oradan çıxıb.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında boykot edilib.