AZ

"Yaxşı pul olacaq" demişdi, dostunun 100 minini batırdı

Dostundan aldığı 100 min manatdan çox pulu onlayn investisiyada batıran şəxs məhkəmə zalında həbs edilib.

Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 34 yaşlı Ramin Şamilliyə verilmiş ittiham yetərli sübutlarla təsdiqini tapmış hesab edilib.

İttihamda yazılıb ki, Ramin orta məktəbdə birgə oxuduğu Aqşin Şadlinskidən onlayn yolla investisiya şirkətlərinə yatırım etmək üçün 106 min 500 manat alıb. O, Aqşini inandırıb ki, bu yatırım nəticəsində yaxşı pul əldə edəcəklər və nəticədə hər ikisi də qazanacaq.

Bu əməlinə görə mühakimə edilən Ramin ifadəsində deyib ki, Aqşini valyuta bazarına yatırım etməyə məcbur etməyib, əksinə, özü könüllü razı olub. İlk vaxtlarda da ona 40 min manat qazandırıb. Lakin sonradan şirkətlərdən bəziləri bağlanıb, bəzilərinin də serverlərində problem yaranıb. Nəticədə 106 min manat batıb.

O, əməlində cinayət tərkibi olmadığını düşündüyündən özünü təqsirli bilməyib. Əlavə olaraq deyib ki, bu məsələ ilə bağlı daha əvvəl də araşdırma aparılıb, amma cinayət işinin başlanmasından imtina edilib. İkinci araşdırmadan sonra isə eyni epizodlar üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Seçilən
0
18
publika.az

10Mənbələr