ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.
ABŞ-nin Azərbaycandakı Səfirliyi 27 sentyabr – Anım Günü münasibəti ilə bağlı özünün sosial şəbəkəsində qeyd paylaşıb.
Gununsesi.info-nun xəbərinə görə, həmin paylaşımda deyilir:
“Azərbaycanın Anım Günündə on illərlə davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıları xatırlayırıq.
Avqustun 8-də Vaşinqtonda biz Cənubi Qafqaz üçün yeni bir mərhələnin başlanğıcını gördük və Amerika Birləşmiş Ştatları bu bölgədə daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək.
Amerika Birləşmiş Ştatlarının Səfirliyi yaxınlarını itirmiş azərbaycanlılara və onların ailələrinə ən dərin hüznlə başsağlığı verir.”
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.