AZ

“Neftçi” – “Karvan Yevlax” oyununda hesab açılmadı - VİDEO

Misli Premyer Liqasında 6-cı turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, ikinci oyun gününün sonuncu görüşündə “Neftçi” “Karvan-Yevlax”ı qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.
 

Daha öncə keçirilmiş “İmişli” – “Zirə” və “Şamaxı” – “Araz-Naxçıvan” matçlarında qalib müəyyənləşməyib – 1:1. “Qarabağ” isə “Qəbələ”ni 2:0 hesabıyla yenib.


“Turan Tovuz” – “Kəpəz” və “Sabah” – “Sumqayıt” oyunları sabah keçiriləcək.

Premyer Liqa

6-cı tur

27 sentyabr

“Neftçi” – “Karvan-Yevlax” 0:0

Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı.

“Neftçi Arena”.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 77. Falaye Sako, 6. Sessi D`Almeyda, 24. Mustafa Sek, 9. Bassala Sambu, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.

Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 27. Kristian Kostin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.

Baş məşqçi: Samir Abasov.

Karvan-Yevlax: 1. Kamran İbrahimov, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 2. Şakil Sno, 12. Vitor Roşa, 11. Kayl Spens, 19. Tompson Qavi, 3. Said İranxan, 8. Peter Kinqs, 21. İmani Barker, 4. Olavale Doyeni.

Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 37. Mois Nqvisani, 10. Samuel Durrant.

Baş məşqçi: Azər Həşimov.



Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
17
6
bizim.media

10Mənbələr