AZ

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri su basdı

Gürcüstanın Laqodexi bələdiyyəsində leysan tipli yağışlar çayların daşmasına və kəndlərin su altında qalmasına səbəb olub.

Yenisabah.az xəbər verir ki, bu barədə 1tv.ge məlumat yayıb.

Təbii fəlakət ən çox Verxvismindori, Uzuntala və Qancala kəndlərinin sakinlərinə ziyan vurub. Sezar pizza

Xilasetmə xidmətinin və meriyanın müvafiq xidmətləri hadisə yerinə səfərbər olunub.

Qeyd edək ki, Gürcüstanın bu ərazilərində əsasən azərbaycanlılar yaşayır./Oxu.az


Telegram kanalımız
Seçilən
9
yenisabah.az

1Mənbələr