AZ

Ərdoğan: BMT Baş Assambleyasında Fələstinlə bağlı mühüm addımlar atılıb

BMT Baş Assambleyasının bu ilki sessiyasında Fələstində ikidövlətli həllin təmin olunması üçün vacib addımlar atıldı.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançeslə telefon danışığında deyib.

Onun sözlərinə görə, İsrail hökuməti hər addımı ilə sülh istəmədiyini göstərir.

Ərdoğan bildirib ki, Türkiyə İsrailin Qəzzaya hücumlarını dayandırmaq və sektora humanitar yardımın fasiləsiz axınının təminatı üçün səylərini davam etdirəcək.

Liderlər, həmçinin ikitərəfli, regional və digər beynəlxalq məsələlər barədə danışıblar.

Seçilən
3
4
bakivaxti.az

5Mənbələr