AZ

Lavrov BMT-də NATO-nu hədələdi

"Rusiyaya qarşı istənilən təcavüz qəti şəkildə dəf ediləcək. NATO və Aİ-nin buna heç bir şübhəsi olmamalıdır".

News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

"Ölkəmə qarşı istənilən təcavüz qətiyyətlə qarşılanacaq. NATO və Aİ-də seçicilərini Rusiya ilə müharibənin qaçılmazlığına inandıran və onları kəmərlərini sıxmağa məcbur etməklə yanaşı, həm də Kalininqrad vilayətimizə və Rusiyanın digər ərazilərinə hücuma hazır olduqlarını açıq şəkildə bəyan edənlər arasında buna heç bir şübhə olmamalıdır", - Lavrov vurğulayıb.


Seçilən
83
46
news24.az

10Mənbələr