Almaniya II Bundesliqasında VII turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" səfərdə "Paderborn"un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir bu matçın iştirakçısı olmayıb. 28 yaşlı hücumçunun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
7 turdan sonra 12 xal toplayan "Kayzerslautern" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media