AZ

"Mən “3+3” formatına önəm verirəm" - Paşinyan

"Ermənistan Səudiyyə Ərəbistanı və Pakistanla diplomatik əlaqələr, Çinlə strateji tərəfdaşlıq, Hindistanla isə siyasi və ticarət-iqtisadi əlaqələr qurub". 

"Unikal" xəbər verir ki, bunu BMT Baş Assambleyasının 80-ci sessiyasında Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan deyib.

"İran və Gürcüstanla dialoqumuz və qardaşlığımız getdikcə göz qabağındadır ki, bu da Cənubi Qafqazı dinc, sabit və inkişaf edən bir mühit kimi görmək üçün son dərəcə vacibdir. 

Mən “3+3” formatına önəm verirəm ki, bu da Rusiya ilə ənənəvi dialoqun inkişafı üçün mühüm platformadır, baxmayaraq ki, bizim ikitərəfli formatda fəal əlaqələrimiz var", - deyə o qeyd edib.

Ağarza Elçinoğlu 

Seçilən
8
5
unikal.az

6Mənbələr