AZ

Pedaqoji Universitetin tələbələrindən anım tədbiri: Zəfərə gedən yol

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyi tərəfindən 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir keçirilib.

SİA-nın məlumatına görə, Universitetdən bildirilib ki, tədbirdə 44 günlük şərəfli yolun, misilsiz igidliyin və milli birliyin ölkəmizə bəxş etdiyi Zəfər ruhu birliyin üzvlərinin hazırladıqları ədəbi-bədii kompozisiyalarla bir daha canlandırılıb, tələbələrin təqdimatında səsləndirilən şeirlər və nəğmələrlə qəhrəman oğullarımızın xatirəsinə ehtiram ifadə olunub.

Çıxışlarda Vətən müharibəsində şəhidlərimizin qanı ilə əldə olunan tarixi Zəfərlə öz doğma torpaqlarını azad edən Azərbaycanın bu gün beynəlxalq arenada sülh yolunda da ardıcıl zəfərlər əldə etdiyi qeyd olunub.

Seçilən
14
sia.az

1Mənbələr