AZ

"Xırda məsələlər həll olunsa, millidən gələn təklifi qəbul edəcəm"

"Şamaxı" Premyer Liqanın 6-cı turunda doğma meydanda "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- Bu gün anım günüdür. Allah şəhidlərimizə rəhmət eləsin. Oyuna gəldikdə,"Araz-Naxşçıvan" iddialıkomandalardandır. Biz də yaxşı hazırlaşmışdıq. İlk yarıda komandam çox yaxşı oynadı. Futbolçular istədiklərimizi daha yaxşı etməyə çalışırlar. Bəlkə də 2-ci qolu vura bilərdik. İkinci hissədə rəqib dəyişiklik etdi. Gənclərimiz inkişaf edirilər. Bizim üçün vacib xaldır. Uduzmamaq əsas prinsipimizdir. Amma udmaq istəyirdik. Təəssüf ki, zədəlilərimiz çoxalır. Buna hazır olmaq lazımdır.

- Milli komanda ilə adınız hallanır. Bu, "Şamaxı"dakı işinizə mane olmur?

- Çalışırıq ki, özümüz psixoloji olaraq hazır olaq. Onsuz da mövsümün əvvəlindən U-21 millisindəyik. Hər iki tərəfə eyni dərəcədə kökləninirik. Söz-söhbətlər normaldır. Mənə heç bir təsiri olmur.

- Əsas millinin baş məşqçisi postu üçün sizə rəsmi təklif olub?

- Bəli, təklif olub, danışıqlar gedib. Yəqib ki, yaxın günlərdə qərar veriləcək.

- Mətbuatda yazılanlara görə AFFA sizə 4 aylıq müqavilə təklif edib, amma siz daha uzunmüddətli sözləşmə istəyirsiz. Bu, nə dərəcədə doğrudur?

- Müddət söhbəti getmir. Tam peşəkarcasına danışıqlar gedir. Versiyaların yazılması normaldır. AFFA ilə danışığımızda müddət problemi yoxdur.

- Fransa ilə matçda baş məşqçi siz olacaqsız?

- Xeyirlisi inşallah. Milliyə kömək etməmək çətindir. Əgər bizə inam varsa, kənara çəkilmək olmaz. Xırda məsələlər var. Bunlar həll olunsa, təklifi qəbul edəcəm.

Seçilən
14
8
sportinfo.az

10Mənbələr